Entso Ernandes karyerasını PSJ-də davam etdirə bilər

09:33 21 Dekabr 2022

Qətərdə keçirilən dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilən Argentina millisinin üzvü Entso Ernandes karyerasını Fransada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, “Benfika”nın yarımmüdafiəçisi PSJ klubunun maraq dairəsinə düşüb.

21 yaşlı oyunçunun mundialdakı çıxışını bəyənən parislilər Ernandesin transferi sayəsində komandadakı rəqabətin artacağına ümid edirlər.

 

DÇ-2022-yə qədər isə o, “Real”, “Barselona” və “Mançester Siti” də daxil olmaqla, Avropanın bir neçə nəhəng klubunun diqqət mərkəzində idi.

 

Qeyd edək ki, Entso Ernandesin şərəfini qoruduğu Argentina millisi finalda Fransa seçməsi üzərində qələbə qazanaraq, dünya çempionu olub.


Digər xəbərlər

Xəbər xətti