Buenos-Ayresdə Argentina millisinin DÇ-2022-dəki qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb.
Sportarena.az “La Nacion” nəşrinə istinadən xəbər verir ki, polis həmin şəxsləri Obeliks abidəsinə daxil olduqları üçün tutub.
Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.