“Üç fərqli mövqedə oynamağı bacarıram”.
Sportarena.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Felipe Santos “Esportenewsmundo” nəşrinə açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi ölkə kubokunda finala çıxa biləcəklərini bildirib:
“Amma bunun üçün ilk olaraq yarımfinalda “Səbail”ə qalib gəlməliyik”.
O, öz çıxışı haqda da danışıb:
“2022/2023 mövsümü yaxşı keçir. Meydanda komanda yoldaşlarıma kömək etdiyimə görə şadam. Üç fərqli mövqedə oynamağı bacarıram. Bu isə çox yaxşı haldır. Çünki rəqibdən və baş məşqçinin qəbul etdiyi taktikadan asılı olaraq sxemin dəyişməsinə yardımçı ola bilirəm”.
Qeyd edək ki, Felipe Santos cari mövsümdə “Qəbələ”də 3 qol vurub və 8 məhsuldar ötürmə edib.