Argentina millisinin qapıçısı Emiliano Martínez dünya çempionatının mükafatlandırma mərasimindəki hərəkətindən sonra, daha bir maraqlı hərəkəti ilə gündəm olub.
Sportarena.az xəbər verir ki, qapıçı Emiliano Martínez çempionluğu əlində Kylian Mbappe maskalı bir kukla ilə qeyd edib.
Xatırladaq ki, Argentina millisi DÇ-2022-nin final matçında Fransanı əsas (2:2) və əlavə vaxtı (3:3) heç-heçə qurtaran matçda penaltılar seriyasında (4:2) məğlub edərək kubokun sahibi olub.
Qeyd edək ki, Emiliano Martínez mundialın ən yaxşı qapısı seçilib.