Argentina millisi DÇ-2022-nin finalında Fransanı məğlub edərək, dünya çempionu olub.
Sportarena.az xəbər verir ki, bununla əlaqədar olaraq, paytaxt Buenos-Ayresdə qələbə paradı keçirilib. Argentina prezidenti Alberto Fernandes qələbə paradından sonra sosial şəbəkə hesabında paylaşım edib.
O, bunları yazıb:
“Dünya kubokunu qazandıqdan sonra xalqımızın Argentina millisini qarşılamasından məmnunam. Biz bu dekabrı əbədi xatırlayacağıq. Hər kəs bizə verdiyi inanılmaz sevinc üçün komandamıza təşəkkür edir. Prezident kimi mən də buna qoşuluram”.
Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.