“Napoli” yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı başqa kluba buraxmaq istəmir.
Sportarena.az “Calciomercato”ya istinadən xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi gürcü futbolçuya yeni müqavilə təklif edəcək.
İtaliya klubunun nümayəndələri Xviçanın agenti görüşərək müqavilənin uzadılmasına dair danışıqlar aparacaq.
Bununla yanaşı, gürcünün maaşının artırılmasını da müzakirə ediləcək. Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatacaq.