"Qarabağ" və "Sabah" turniri tərk edib, əla şansımız var" - "Neftçi"nin qapıçısı

19:11 - 21 Dekabr 2022 - Kubok

“Neftçi”nin qapıçısı İvan Brkiç ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Zirə" üzərində qazanılan qələbədən sonra ölkəsinin mətbuatına danışıb. 
 

 

Sportarena.az xəbər verir ki, “Večernji list”ə danışan qapıçı kubokda yarımfinala yüksəlməsini şərh edib.

"Neftçi” 7 ildir ki, kuboku qazanmır. Ona görə də, bu məqsədə çatmaq üçün yüksək motivasiya var. Əsas favoritlər - "Qarabağ" və "Sabah" turniri tərk edib. Kuboku qazanmaq üçün əla şansımız var".

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin