"Karyeramın sonuna yaxın millidə işləmək haqda düşünə bilərəm"

20:53 21 Dekabr 2022

“Real”ın baş məşqçisi Karlo Ançelotti karyerasının sonunda milli komandada işləyə biləcəyini istisna etməyib.
 

 

Sportarena.az xəbər verir ki, “AS”a danışan italiyalı mütəxəssis məsələ haqda bunları deyib:

"Madriddə özümü çox yaxşı hiss edirəm. Məşqçinin işi elədir ki, nə vaxt dayanacağını heç vaxt bilmirsən. Amma məndən asılı olsaydı, heç vaxt “Real”dan ayrılmazdım. Bəlkə karyeramın sonuna yaxın millidə işləmək haqda düşünə bilərəm. Lakin mən hər gün futbolçularla ünsiyyət qurmağı xoşlayıram".


Digər xəbərlər

Xəbər xətti