Azərbaycan Basketbol Liqasında XI tura start verilib.
Sportarena.az xəbər verir ki, açılış oyununda "Gəncə" və "Sabah" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma Bakı təmsilçisinin 81:73 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kolin Törner (16 xal, 6 asist) və "Sabah"dan Kamran Məmmədov (22 xal, 7 ribaund ) olub.
Qeyd edək ki, turun digər oyunlarında "AAAF Xırdalan" və NTD, "Sərhədçi PİK" və "Zirvə Astara", "Olimpik Şəki" və "Neftçi İK" komandaları qarşılaşacaqlar. Görüşlər 24 və 25 dekabrda baş tutacaq.