Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

22:14 21 Dekabr 2022

Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.

 

Sportarena.az "Le Parisien" nəşrinə istinadən məlumatına görə, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.

 

Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadağını bildirib.

 

İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.

 

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti