"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"da

23:16 21 Dekabr 2022

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri məlum olub.

 

Sportarena.az xəbər verir ki, belaruslu mütəxəssis ölkəsində çalışacaq. 41 yaşlı məşqçi "Şaxtyor"la anlaşıb. Bu barədə Soliqorsk təmsilçisinin rəsmi saytı məlumat yayıb. Baqa yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabr ayından bu ilin sentyabrınadək "Sumqayıt"a rəhbərlik edib. "Kimyaçılar" cari mövsümdə 41 yaşlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 7 oyunun 4-də məğlub olub, 3 dəfə isə heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti