“Lester”in müdafiəçisi Çağlar Söyüncü “Atletiko”ya keçə bilər.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Madrid klubu ilə ilkin razılığa gəlib. 26 yaşlı türkiyəli futbolçunun 2023-cü ilin yayında azad agent olaraq İspaniya təmsilçisinə qoşulacağı ehtimal edilir.
Futbolçunun “Lester”lə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Qaydalara əsasən, o, yanvardan etibarən digər klublarla danışıqlar apara bilər.
Söyüncü bu mövsüm “Lester”in heyətində 2 oyuna çıxıb. O, zədə səbəbindən əksər matçlarda iştirak edə bilməyib.