"Arsenal" və "Atletiko" bu oyunçu uğrunda mübarizə aparır

09:44 22 Dekabr 2022

İspaniyanın “Atletiko” və İngiltərənin “Arsenal” klubları argentinalı yarımmüdafiəçi Aleksis Makallisterin xidmətində maraqlıdır.

 

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, hər iki klub “Brayton”un 23 yaşlı yarımmüdafiəçisi ilə danışıqlar aparmağa hazırdır.

 

 

Makallister 2022/23 mövsümündə “Brayton”un heyətində 14 matça çıxıb, 5 qol vurub. O, DÇ-2022-də Argentina millisinin heyətində dünya çempionu tituluna yiyələnib.


Digər xəbərlər

Xəbər xətti