Pele yenidən xəstəxanaya yerləşdirildi

09:56 22 Dekabr 2022

Braziliyalı keçmiş futbolçu Pelenin səhhəti yenidən pisləşib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda keçmiş futbolçunun həkimləri məlumat verib.

 

Pelenin yerləşdirildiyi klinikadan bildirilib ki, noyabrın 29-da tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək məqsədilə xəstəxanaya yerləşdirilən “sambaçı”nın müalicəsində mənfi tendensiya müşahidə olunur. Bu səbəbdən, böyrək və ürək disfunksiyasına görə daha intensiv müalicə tələb olunur.

 

Eyni zamanda, həkimlər onun hələ də reanimasiya və ya yarımintensiv terapiyaya köçürülməsinə ehtiyac duymur. O, adi palatada qalmağa davam edir.


Digər xəbərlər

Xəbər xətti