"Barselona"nın baş məşqçisi Xavi futbolçusu Robert Levandovskinin komandadakı rolundan danışıb.
Sportarena.az "Diario Sport"a istinadən xəbər verir ki, mütəxəssis 34 yaşlı hücumçunun tanrıdan "Barselona"ya hədiyyə olduğunu düşünür:
“O, məni təəccübləndirdi. Dünya səviyyəli ulduz olmasına baxmayaraq, Levandovskinin təvazökarlığı məni heyran etdi. "Barselona"nın yükünü daşımaq çətindir və onun şəxsi keyfiyyətləri bu işdə çox kömək edir. Levandovski bizə tanrıdan hədiyyə göndərildi. O, komandaya lazım olan əsl liderdir.
Qeyd edək ki, Levandovski "Barselona"ya bu ilin yayında "Bayern"dən keçib.