"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.
Sportarena.az "RP Sport"a istinadən xəbər verir ki, "Krasnodar" 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
"Krasnodar" Rusiya çempionatında 17 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, L.Andrade bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 qolun ötürməsini verib. Onun "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.