Gənclər və İdman Nazirliyi AFFA-nın bir neçə əməkdaşına fəxri ad verib.
Sportarena.az xəbər verir ki, qurumun növbəti Kollegiya iclası bu barədə qərar qəbul edilib.
Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda fəxri adların verilməsi məsələsinə baxılıb. Qəbul olunmuş müvafiq qərara əsasən bədən tərbiyəsi və idmanın təbliğindəki və inkişafındakı xidmətlərinə görə AFFA-nın aşağıda adı göstərilmiş əməkdaşlarına “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı verilib:
Abbasov İslam Ziyafət oğlu – Azərbaycan A milli komandasının baş inzibatçısı
Qarayev Firuz Abdulla oğlu – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri
Mehdiyeva Könül Ağaəli qızı – Beynəlxalq Əlaqələr Departamentinin müdiri
Məmmədov Elçin Bəxtiyar oğlu – Lisenziyalaşdırma Qrupunun rəhbəri
Əhmədova Töhrə Adil qızı – Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi
Dadaşov Bəhram Ağaİsa oğlu – Lisenziyalaşdırma Qrupunun maliyyə meyarları üzrə baş eksperti
Məmmədov Murad Mamedoviç – Beynəlxalq Əlaqələr Departamentinin baş mütəxəssisi
Mustafayeva Kifayət Nadir qızı – Kütləvi Futbol Şöbəsinin futbolda sosial məsuliyyət meneceri