"Barselona" futbolçusu Ansu Fatini qış transfer pəncərəsində satmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb. Klub artıq 20 yaşlı hücumçun vacib oyunçu hesab etmir.
Bildirilir ki, rəhbərlik Fatinin Lionel Messinin layiqli davamçısı olacağına ümid edirdi. Bununla belə, gənc oyunçu tez-tez zədələnib. “Barselona” isə Ansunun zədələrinə görə digər oyunçularla müqavilə imzalayıb. Bu da forvardın əsas komandadan kənarlaşması ilə nəticələnib. Ona görə də Kataloniya təmsilçisi futbolçunu satmaq qərarına gəlib. "Barselona" Fatiyə 80 milyon avro transfer qiyməti təyin edib.
Qeyd edək ki, daha əvvəl Ansu Fati "Barselona"dakı oyunlarından narazı olduğunu bildirmişdi. O, bu mövsüm komanda ilə 20 matçda 700 dəqiqə meydanda olub, 3 qol vurub və 3 qolun ötürməsini verib. O, 2019-cu ildən "Barselona"nın əsaskomandasının üzvüdür. Tərəflər arasında müqavilə 2027-ci ilə qədər hesablanıb.