"Milan" "Liverpul"un futbolçusu ilə maraqlanır

14:29 22 Dekabr 2022

"Liverpul"un yarımmüdafiəçisi Nabi Keyta karyerasını "Milan"da davam etdirə bilər.
 

Sportarena.az "Calciomercato"ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İtaliya klubu ilə danışıqlara başlayıb.
 

"Rossonyerlər" Keytanı pulsuz heyətinə qata bilər.
 

Məsələ burasındadır ki, qvineyalı futbolçunun “Liverpul”la müqaviləsi iyunda başa çatır.
 

Qvineyalının "Milan"a keçidinə yüksək maaşı mane ola bilər. Belə ki, o, illik 7,5 milyon avro qazanır. 


Digər xəbərlər

Xəbər xətti