Ölkə çempionundan 6 transfer

18:53 22 Dekabr 2022

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” klubu 6 oyunçu transfer edib.

 

Sportarena.az xəbər verir ki, qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan komanda heyətini gücləndirmək istiqamətində mühüm addımlar atıb.

 

Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüblər. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək.

 

Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da son çempionla anlaşıb. Milli komandanın üzvü Amadeu “Araz-Naxçıvan”ın yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes isə qışdan sonra Azərbaycan klubunda “stolb” kimi oynayacaq.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.


Xəbər xətti