Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

19:16 22 Dekabr 2022

Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç yığmanın kapitanı Robert Levandovskinin federasiya prezidenti Tsezari Kuleşaya telefon zəngindən sonra qovulub.

 

Sportarena.az ZET radiosuna istinadən məlumatına görə, İspaniya "Barselona"sında çıxış edən hücumçu Polşa Futbol İttifaqının (PZPN) rəhbəri ilə əlaqə saxlayaraq, oyunçuların 52 yaşlı mütəxəssislə işləmək istəmədiklərini bildirib.

 

İddiaya görə, hətta bəzi futbolçular Kuleşanı yığmadakı karyeralarını bitirməklə hədələyiblər.

 

Qeyd edək ki, Çeslav Mixneviç bu il dekabrın 31-də vəzifəsini tərk edəcək.


Digər xəbərlər

Xəbər xətti