Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində olan futbolçu PAOK-də çıxış edən Konstantinos Kulierakisdir.
"Sarı-lacivərtlilər" 19 yaşlı mərkəz müdafiəçisi üçün Yunanıstan klubuna 4 milyon avroluq təklif göndərib. Yunanlar isə gənc oyunçu üçün 10 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Konstantinos Kulierakis PAOK-un yetirməsidir. Yunan müdafiəçi cari mövsümdə əsas komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.