Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) çinli ağırlıqqaldıran Lyu Syaotszyunu yarışlardan kənarlaşdırıb.
Sportarena.az ITA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 38 yaşlı idmançının dopinq analizinin müsbət çıxması səbəb olub.
Üçqat olimpiya və beşqat dünya çempionunda bu ilin oktyabrında test götürülüb. Nümunədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş dərmanlar siyahısında olan eritropoietin (EPO) maddəsi aşkar edilib.
Qeyd edək ki, Lyu Syaotszyun London-2012, Rio-2016 (77 kq) və Tokio-2020 Yay Olimpiya Oyunlarının (81 kq) qalibidir.