“Mançester Siti” İngiltərə Liqa Kubokunun 4-cü turunda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, görüş cümə günü axşam Mançesterdə baş tutub.
Qaliblərin heyətində Erlinq Haaland (10-cu dəqiqə), Riyad Mahrez (47), Natan Ake (58) fərqlənib. “Liverpul”un qollarını isə Fabio Karvalyo (20), Məhəmməd Salah (48) vurub.
Xosep Qvardiolanın yetirmələri İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin sonuncu iştirakçıları oldular.
Qeyd edək ki, daha əvvəl turnirin bu mərhələsinə “Çarlton”, “Lester”, “Mançester Yunayted”, “Nyukasl”, “Nottingem”, “Sauthempton” və “Vulverhempton” vəsiqəni təmin ediblər..