Dünyanın ən çox qazanan qadın idmançısı bilinib

09:56 23 Dekabr 2022

İllik reytinqə görə, yaponiyalı tennisçi Naomi Osaka dünyanın ən çox qazanan qadın idmançısı seçilib.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, bu reytinqi “Forbes” hazırlayıb.

 

25 yaşlı tennisçi bir ildə 51,1 milyon dollar qazanıb. O, bu gəlirin hamısını idman sahəsindən əldə etməyib.

 

Belə ki, 2019-cu ildə Qadın Tennis Assosiasiyasının reytinqində birinci yeri tutan idmançı həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

 

Qeyd edək ki, Osaka ötən 2 il ərzində də dünyanın ən çox qazanan qadın idmançısı olub.  


Digər xəbərlər

Xəbər xətti