“Bavariya”nın futbolçusu Alfonso Deyvis Kanadada ilin ən yaxşı futbolçusu seçilib.
Sportarena.az xəbər verir ki, bu barədə Kanada Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Deyvis ölkəsində son 5 ildə 4-cü dəfə ilin futbolçusu seçilib.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi bu il “Bavariya” ilə Bundesliqanı və Almaniya Superkubokunu qazanıb. O, Kanada yığması ilə Qətərdə təşkil olunan dünya çempionatında iştirak edib.