“Erlinq Haland qol epizodunda oyundankənar vəziyyətdə idi, lakin bayraq qaldırılmadı"

13:24 23 Dekabr 2022

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun 1/8 final mərhələsinin “Mançester Siti” ilə görüşü haqda fikirlərini bildirib.

 

Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, matçdan sonra hakimlərin işini tənqid edərək, VAR sistemindən danışıb:

“Erlinq Haland qol epizodunda oyundankənar vəziyyətdə idi, lakin bayraq qaldırılmadı. Hakimlər bir neçə epizodda elə görünürdü ki, sanki ipucu gözləyirlər və ya hələ də VAR-dan istifadə edilib-edilməyəcəyini düşünürlər”.

 

“Liverpul” İngiltərə liqa kubokunun 1/8 final mərhələsində “Mançester Siti”yə uduzaraq (2:3), mübarizəni dayandırıb.

 

Qeyd edək ki, “Mançester Siti”nin 1/4 finalda rəqibi “Sauthempton” olacaq.


Digər xəbərlər

Xəbər xətti