Azərbaycan Premyer Liqasının internetdə yayımı məhdudlaşdırılır

13:48 23 Dekabr 2022

Peşəkar Futbol Liqası (PFL) ilə beynəlxalq internet yayım şirkəti “Insports.tv” arasında danışıqlara start verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, bu səbəbdən test məqsədiylə Azərbaycan Premyer Liqasında XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq.

 

Qeyd edək ki, daha əvvəl çempionat matçları PFL-in rəsmi yutub kanalında göstərilirdi.


Digər xəbərlər

Xəbər xətti