Türkiyə kuboku: 1/8 finalın püşkü atıldı

14:19 23 Dekabr 2022

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qalatasaray” 1/8 finalda “Alanyaspor”a, “Fənərbaxça” “Rizəspor”a, “Beşiktaş” “Ankaragücü”nə rəqib olub.

 

Bu mərhələnin oyunları gələn il yanvarın 17-19-da olacaq. Tək oyunda qalibin məlum olacağı görüşlərdə VAR sistemindən istifadə ediləcək.

 

Türkiyə kuboku, 1/8 final

Alanyaspor – Qalatasaray

Qaziantep – Konyaspor

Sivasspor – Karacabəy Bələdiyyəspor

Ümraniyəspor – Trabzonspor

Karagümrük – Başakşəhər

Antalyaspor – Kayserispor

Fənərbaxça – Rizespor

Ankaragücü – Beşiktaş


Digər xəbərlər

Xəbər xətti