AFFA İntizam Komitəsi klubların cərimələrini açıqladı

14:55 23 Dekabr 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

 

Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”– “Zirə” matçında “Neftçi” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

 

“Neftçi”– “Zirə” matçında “Zirə”nin oyunçusu Təmkin Xəlilzadə oyunun 120+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

 

“Neftçi”– “Zirə” oyununda “Zirə” komandasının Hacıağa Hacılı oyunun 120+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

 

Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının oyunçusu Tərlan Əhmədli oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Turan Tovuz” klubu 4000 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında meydançaya kənar əşyaların atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında kənar şəxslərin meydançaya daxil olmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələrin işlənməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” komandasının oyunçusu Mate Kvrikvia oyundan sonra ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə edilib.

 

“Turan Tovuz” – “Kəpəz” matçında “Kəpəz” klubunun azarkeşləri tərəfindən stadiona dəymiş ziyan (oturacaqların sındırılması) “Kəpəz” klubu tərəfindən tam ödənilməlidir.


Digər xəbərlər

Xəbər xətti