Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında 35 xalla 3-cü pillədə yer alan "Neftçi" 13 xalla 7-ci olan "Şamaxı"nı qəbul edib. Ev sahibi komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Qonaqlar rəqibinə 0:6 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (cümə)
“Neftçi” 3:0 “Şamaxı” (yekun)
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.