"Sumqayıt” liberiyalı futbolçunu transfer etdi

16:40 23 Dekabr 2022

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, komanda son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

 

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti