Azərbaycan Premyer Liqası: "Sabah" ili darmadağınla başa vurdu - VİDEO

21:32 23 Dekabr 2022

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

 

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

 

Günün ilk matçında 35 xalla 3-cü pillədə yer alan "Neftçi" 13 xalla 7-ci olan "Şamaxı"nı qəbul edib. Ev sahibi komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

 

 

Günün digər oyununda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Qonaqlar rəqibinə 0:6 hesabı ilə qalib gəlib.

 

 

Azərbaycan Premyer Liqası

 

XVIII tur

 

23 dekabr (cümə)

 

“Sumqayıt” 0:6 “Sabah” (yekun)

 

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

 

Hakim-inspektor: Asim Xudiyev

 

AFFA nümayəndəsi: Elçin Məmmədov

 

“Kapital Bank Arena".


Digər xəbərlər

Xəbər xətti