"Anje" baş məşqçisiz qalıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cerald Batikle postunu tərk edib.
Əslində, 53 yaşlı mütəxəssislə noyabrın 23-də yollar ayrılmışdı. Amma onun müqaviləsinə rəsmən bu gün xitam verilib.
Müvəqqəti olaraq komanda Abdel Buxazma təyin olunub. Hazırda “Anje” Fransa çempionatında sonuncu pillədədir.