İtaliyanın "Milan" klubunun yetirməsi 89 oyuna 500-ə yaxın qol vurub.
Sportarena.az xəbər verir ki, "Milan"ın 14 yaşlı ulduzu Fransesko Kamarda çıxdığı 89 oyunda 485 dəfə fərqlənməyi bacarıb.
"Milan" oyunçunu performansına görə U-19 komandasına yüksəldib.
Kamarda həmçinin İtaliya U-15 komandasında Letonyaya qarşı oynayıb. Gənc oyunçu matçda 23 dəqiqədə 3 dəfə fərqlənib.