Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
Sportarena.az xəbər verir, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda "Zirə" "Kəpəz"i qəbul edib.
Dörd qırmızı kartın çıxdığı oyun 2:2 heabıyla bərabərə qurtarıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
25 dekabr (bazar)
“Zirə” 2:2 “Kəpəz” (yekun)
Qol: Rəhim Sadıxov, 11. Sertan Taşkın, 90+8 – Fərid Nəbiyev, 25. Nicat Süleymanov, 41.
Qırmızı vərəqə: Coşqun Diniyev, 18 (Zirə). Nemanya Andelkoviç, 22 (Zirə) – Elçin Əlicanov, 57 (Kəpəz). Giorgi Kantariya, 90+1-ikinci sarı vərəqə (Kəpəz)
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.