“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager Mersisayd təmsilçisinin transfer siyasəti haqda fikirlərini bildirib.
Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, İngiltərə klubunun Premyer Liqadakı rəqiblərinin transferlərə ayırdığı büdcədən danışıb:
“Düşünürəm ki, Yurgen Klopp da “Liverpul”un sahiblərinə “mənə yayda transferlərə xərcləmək üçün 200-250 milyon funt-sterlinq lazımdır” deyə bilər. Qeyri-adi rəqəm kimi səslənə bilər. Lakin bu, “Mançester Yunayted” və “Çelsi”nin keçən yay transferlərə xərclədiyi məbləğdir. Eyni zamanda, bu, “Liverpul”un rəqabət apardığı klubların xərclədiyi puldur”.
Qeyd edək ki, “Liverpul” İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində “Mançester Siti”yə uduzaraq (2:3), mübarizəni dayandırıb.