Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

10:30 25 Dekabr 2022

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.

 

Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti