"Braziliyada qrupdan çıxa bilmədik, Rusiyada 1/8 finalda mübarizədən kənarlaşdırıldıq”

10:53 25 Dekabr 2022

İspaniya millisinin sabiq üzvü Andres İnyesta komandanın DÇ-2022-dəki çıxışı haqda danışıb. 

 

Sportarena.az xəbər verir ki, o, "Marca"ya müsahibəsində "Luis Enrikenin komandasından daha çox şey gözləyirdinizmi" sualını belə cavablandırıb:

“Gözlənilən sözünün düz olduğuna əmin deyiləm, amma futbolçulara və məşqçiyə inamım olduğu üçün komandanın uzağa gedəcəyini zənn edirdim. Lakin bu dünya çempionatıdır. Əgər sizin gününüz deyilsə, deməli pley-offdan kənardasınız. Hər matç çətin olur, amma təbii ki, daha çox uğur görmək istərdik. Bu nəticə bizim üçün bundan sonra faydalı olacaq.

2010-cu il dünya çempionatından sonra yolumuz çətin oldu. Braziliyada qrupdan çıxa bilmədik, Rusiyada 1/8 finalda mübarizədən kənarlaşdırıldıq”.

 

Qeyd edək ki, İspaniya 1/8 finala Mərakeşə penaltilər seriyasında uduzub. Komanda turnirlə vidalaşdıqdan sonra baş məşqçi Luis Enrike istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti