İngiltərə təmsilçisi məşqçi ilə müqaviləni uzatdı

11:17 25 Dekabr 2022

"Brentford" baş məşqçisi Tomas Frankla müqavilə müddətini uzadıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən danimarkalı mütəxəssis 2027-ci ilin iyun ayına qədər Premyer Liqa təmsilçisinə başçılıq edəcək.
 

Avropalı məşqçi 2018-ci ildən "Brentford"u çalışdırır.
 

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2020/21 mövsümündə komandanı Premyer Liqaya yüksəldib.

Komanda hazırda 10-cu pillədədir.


Digər xəbərlər

Xəbər xətti