Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı milli komanda baş məşqçisi adına namizədləri açıqlayıb.
Sportarena.az İFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda müxtəlif yığma komandalardan 20 mütəxəssis yer alıb.
Zlatko Daliç - Xorvatiya
Didye Deşam - Fransa
Fernando Santos - Portuqaliya
Lui Van Qal - Niderland
Qaret Sautgeyt - İngiltərə
Çeslav Mixneviç - Polşa
Murat Yakın - İsveçrə
Lionel Skaloni - Argentina
Tite - Braziliya
Qustavo Alfaro - Ekvador
Valid Reqragi - Mərakeş
Aliu Sisse - Seneqal
Otto Addo - Qana
Riqobert Sonq - Kamerun
Jalel Kadri - Tunis
Qreqq Berhalter - ABŞ
Qraham Arnold - Avstraliya
Moriyasu Hadzime - Yaponiya
Paulu Bentu - Cənubi Koreya
Herve Renard - Səudiyyə Ərəbistanı
Qeyd edək ki, qalib 2023-cü il yanvarın əvvəllərində səsvermə nəticəsində bəlli olacaq.