Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.
Sportarena.az xəbər verir, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda "Zirə" "Kəpəz"i qəbul edib.
Dörd qırmızı kartın çıxdığı oyun 2:2 heabıyla bərabərə qurtarıb.
Azərbaycan Premyer Liqası
XVIII tur
25 dekabr (bazar)
“Zirə” 2:2 “Kəpəz” (yekun)
Qol: Rəhim Sadıxov, 11. Sertan Taşkın, 90+8 – Fərid Nəbiyev, 25. Nicat Süleymanov, 41.
Qırmızı vərəqə: Coşqun Diniyev, 18 (Zirə). Nemanya Andelkoviç, 22 (Zirə) – Elçin Əlicanov, 57 (Kəpəz). Giorgi Kantariya, 90+1-ikinci sarı vərəqə (Kəpəz)