"Sən Məhəmməd adına layiq deyilsən" - İzləyiciləri Salahı tənqid etdi

19:38 25 Dekabr 2022

Məhəmməd Salahın sosial şəbəkədə ailəsi ilə birlikdə Milad bayramını qeyd edən paylaşım etməsi izləyicilər tərəfindən xoş qarşılanmayıb. 

 

Sportarena.az xəbər verir ki, izləyicilər ulduz futbolçunun paylaşımını tənqid ediblər. 

 

 Dünyanın müxtəlif  yerlərindən on minlərlə müsəlman Salahın bu hərəkətini pis qarşılayıb və ona qarşı on minlərlə pis şərh yazılıb:

 

“Bu oğlan Mərakeşin uğurları haqqında heç nə deməyib və indi bunu dərc edir. Yaxşı olar ki, ağzını bağla və Milad haqqında heç nə yazma".

“Bundan sonra mən səni heç vaxt dəstəkləməyəcəyəm. Allah səni doğru yola yönəltsin”.

“Sən Məhəmməd adına layiq deyilsən”. 

"Sevgidən nifrətə sadəcə 1 şəkil..."

 

 Qeyd edək ki, 13 saat ərzində Məhəmməd Salah'ın paylaşımı 76.000 şərh topladı ki, bu da ötən Miladdan bəri bir misirli tərəfindən instaqramda ən çox şərh toplanılan post oldu. (Salah bir il əvvəl eyni şeyi etdi və 105.000 şərh topladı).


Digər xəbərlər

Xəbər xətti