Slovakiyalı futbolçu Milan Skriniar karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az “TeamTALK”-a istinadən xəbər verir ki, “Liverpul” və “Tottenhem” müdafiəçinin xidmətində maraqlıdır.
Hər iki klub 27 yaşlı slovakiyalı “İnter”lə yeni müqavilə imzalamayacağı halda, onunla danışıqlar apara bilər.
Skriniarın Milan təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir. Öncədən PSJ-nin və “Çelsi”nin də onunla maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Skriniar 2017-ci ilin iyulundan “İnter”də çıxış edir.