Premyer Liqa klubu braziliyalı hücumçu transfer etdi

00:17 26 Dekabr 2022

İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Atletiko"nun hücumçusu Mateus Kunyanı transfer edib. Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Vulverhempton" braziliyalı forvardı icarə əsasında heyətinə cəlb edib. Müqavilədə 50 milyon avroluq satınalma bəndi var.

 

Qeyd edək ki, "Atletiko" Mateus Kunyanı 2021-ci ilin yayında "Herta"dan transfer edib. 23 yaşlı futbolçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 matçda 2 qol ötürməsi ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti