“İnter”in məşqçisi olmaq istəyir

09:27 26 Dekabr 2022

“İnter”in qapıçısı Samir Handanoviç Milan təmsilçisində məşqçi kimi çalışmaq istəyir.

 

Sportarena.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, sloveniyalı qolkiper cari mövsümün sonunda futbolçu karyerasını bitirərək, “İnter”də qapıçılar üzrə məşqçi kimi çalışmağı düşünür.

 

Qeyd edək ki, 38 yaşlı Handanoviçin “İnter”lə müqaviləsi 2023-cü ilin iyununa kimi nəzərdə tutulub. O, 2012-ci ildən İtaliya klubunda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti