Braziliyalı futbolçu Fred karyerasını Fransada davam etdirə bilər.
Sportarena.az “Sky Sports”-a istinadən xəbər verir ki, PSJ “Mançester Yunayted”in futbolçusu ilə maraqlanır.
“Qırmızı şeytanlar” Fredlə müqavilənin müddətini 2023/24 mövsümünün sonuna qədər uzatsa da, parislilər 29 yaşlı futbolçu üçün İngiltərə klubu ilə danışıq apara bilər.
Qeyd edək ki, Fred 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində 17 matça çıxıb, 1 qol vurub.