Azərbaycan çempionatında antirekord qeydə alınıb

12:26 26 Dekabr 2022

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun “Zirə” – “Kəpəz” oyunu qırmızı vərəqələrin sayında antirekordla əlamətdar olub.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda 5 futbolçuya belə ağır cəza verilib.

 

Coşqun Diniyev və Nemanya Andelkoviç meydan sahiblərinin, Elçin Əlicanov, Girogi Kantariya və Mixeil Erqemlidze isə qonaqların heyətində qırmızı vərəqə alıb. Sonuncunun cəzası oyun bitdikdən sonraya təsadüf olunub.

 

Bu, Premyer Liqanın cari mövsümünün antirekordudur.


Digər xəbərlər

Xəbər xətti