“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Borussiya”nın (Dortmund) futbolçusu Çud Bellingem haqda danışıb.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, ingilis yarımmüdafiəçi haqqında bunları deyib:
“Bellingem müstəsna futbolçudur. O, əla dünya çempionatı keçirib. Çud meydanda çox yetkin davranır. Onun sanki 19 yox, 28 yaşı var. Artıq onun nəyə qadir olduğunu hamı bilir. Mən sövdələşmənin maliyyə baxımından necə olacağını təsəvvür belə, edə bilmirəm”.
Qeyd edək ki, Bellingem 2022/23 mövsümündə “Borussiya”nın heyətində 22 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.