"Yuventus"un yeni prezidenti bilinib

17:18 26 Dekabr 2022

Canluka Ferrero “Yuventus”un yeni prezidenti olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

 

Ferrero bu vaxtadək “Fincantieri”, “Lavazzara”, “Biotronik”, “Praxi”, “Gedi”, “Nuo”, “Fenera” və “Lifenet” kimi şirkətlərdə menecer, mühasib və auditor kimi çalışıb. O, “Piedmont” bankının da vitse-prezidentidir.

 

Daha əvvəl maliyyə pozuntuları faktı təsdiqləndiyi təqdirdə, “Yuventus”a beynəlxalq turnirlərdən kənarlaşdırılma şəklində sanksiyaların tətbiq ediləcəyi bildirilirdi. Hazırda klubla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, daha əvvəl mətbuatda koronavirus pandemiyası zamanı “Yuventus”un gizli şəkildə oyunçularına maaş ödədiyi barədə məlumat yayılmışdı. Baxmayaraq ki, klub oyunçuların müvəqqəti olaraq maaşdan imtina etdiyini açıqlamışdı. “Qoca sinyora” 17 futbolçuya təxminən 60 milyon avro ödəyib. Futbolçuların maaşdan imtina etməsi ictimaiyyətə açıqlansa da, “Yuventus” rəhbərliyi futbolçularla gizli müqavilələr bağlayıb, böyük məbləğdə pul ödəyib. 2022-ci ilin payızında “Yuventus”un bütün idarə heyəti klubu tərk edib.


Digər xəbərlər

Xəbər xətti